İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Tanzaniyadı İİR Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Qurani-Kərimin "Həmd" surəsinin (Fatihətul-Kitab) hüsnxətt ilə yazılışı yarışı keçirilib.
Mübarək Ramazan ayı münasibəti ilə təşkil edilən yarış "WhatsApp" mesencer proqramı üzərindən keçirilib.
Yarış iştirakçıları Həmd surəsini əvvəlcə kağız üzərinə yazaraq İİR Mədəniyyət Əlaqələri İdarəsinə göndəriblər.
Bu yarışlarda iştirak edənlərdən ilk dörd yeri qazananlara mükafat veriləcək.