IQNA

Şeyx Zəkzakinin tərəfdarlarını gülləyə tutdular

23:05 - May 18, 2019
Xəbər sayı: 3485148
Nigeriya silahlı qüvvələrinin hərbiçiləri Nigeriya İslami Müqavimət Hərəkatının rəhbəri və şiələrin lideri Şeyx İbrahim Zəkzakinin azadlığını tələb edən aksiyaçılara atəş açıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya silahlı qüvvələrinin hərbiçiləri Nigeriya İslami Müqavimət Hərəkatının rəhbəri və şiələrin lideri Şeyx İbrahim Zəkzakinin azadlığını tələb edən aksiyaçılara atəş açıblar.

Nigeriya silahlı qüvvələrinin hərbiçilərinin aksiyaçılara silahlı hücumu və atəş açması nəticəsində bir neçə nəfər ağır yaralanıb.

Dünən, həftənin Cümə günü (17 May 2019) aksiya keçirən şiələr Şeyx Zəkzaki və onun xanımı barədə ədalətin icra edilməsi və onların azadlığını tələb ediblər.  

Qeyd edək ki, Nigeriya İslami Müqavimət Hərəkatının rəhbəri və şiələrin lideri Şeyx İbrahim Zəkzaki və onun xanımı 2015-ci ilin Dekabr ayında Kaduna əyalətində öz evlərində həbs ediliblər.

Silahlı qüvvələrin əsgərlərinin onların evinə hücumu zamanı Şeyx İbrahim Zəkzaki bir gözünü itirib. Hadisədə xanımı da ağır yaralanıb. Habelə 300 nəfər tərəfdarı və üç oğlu öldürülüb.

Nigeriya ali federal məhkəməsi 2016-cı ildə Şeyx Zəkzakinin qeydsiz və şərtsiz azadlığı barədə hökm versə də dövlət buna etina etməyib.     

http://iqna.ir/fa/news/3812647

Teqlər: nigeriya ، Şeyx zəkzaki ، iqna
captcha