IQNA

Quranda Ramazan / 4

İslamdan əvvəlki xalqlarda oruc tutmaq

17:55 - March 23, 2024
Xəbər sayı: 3495676
İQNA – Bəqərə surəsinin 183-cü ayəsinə əsasən, keçmiş ümmətlərə də orucun vacib olduğu başa düşülür.

"Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız".

Mövcud Tövrat və İncildə izah edilənlərə görə, yəhudi, xristian və digər qəbilə və millətlərin qəm və kədərlə qarşılaşdıqları zaman oruc tutduqları başa düşülür. İncil lüğətində görürük ki, ağrı, kədər və sıxıntı zamanı oruc tutmaq hər dövrdə, hər məzhəbdə, hər millətdə və dində adi haldır.

Tövratda xəbər verilir ki, Həzrət Musa (ə) dağa çıxanda orada qırx gün qırx gecə çörək yemədən, su içmədən qaldı.

Yəhudilərin müqəddəs mətnlərindəki ifadələrdən belə başa düşülür ki, oruc insanların şüurlu və ya şüursuz şəkildə etdikləri pis əməllərin kəffarəsi və belə bir vəziyyətə görə duyduqları peşmanlıqları ifadə etmək üçün tutulur. Yəhudilikdə ən mühüm oruc Kəffarə Günü orucudur (Yom Kippur). Həmin gün yəhudilər bir il ərzində etdikləri səhvlərə görə peşman olduqlarını bildirir və Allahdan bağışlanma diləyirlər.

Yəhudilərin oruc tutma ənənəsinə uyğun olaraq Həzrət İsanın (ə) və həvarilərin oruc tutduqları deyilir. İncil lüğətində yazılıb: "Keçmişdə həvarilərin və möminlərin həyatı ləzzətləri inkar etmək, saysız-hesabsız zəhmətlərə qatlaşmaq və oruc tutmaqla dolu idi".

captcha