IQNA

Ərdoğan: "İran deyil, Netanyahu qınanmalıdır"

4:41 - April 18, 2024
Xəbər sayı: 3495804
İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra gündəmlə bağlı mühüm açıqlamalar verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə 3 saat davam edən Nazirlər Kabinetinin iclasından sonra gündəmlə bağlı mühüm açıqlamalar verib.

Yaxın Şərqdəki gərginliyə də toxunan Ərdoğan, “İran deyil, Netanyahu qınanmalıdır” deyib.

Prezident Ərdoğan deyib: "Həftə sonu baş verən hadisələr həm Qərbin ikili standart mövqeyini, həm də bütün bölgəni bürüyə biləcək müharibə ehtimalını göstərdi. Problemin mənbəyi düzgün müəyyən edilməlidir. Sadəcə aprelin 13-nə keçən gecəyə baxıb qiymət vermək düzgün olmazdı. Oktyabrın 7-dən İsrail yanğının bölgəyə yayılması üçün təxribat xarakterli addımlar atır. İsrailin İranın Dəməşqdəki səfirliyini hədəf alması bardağı taşıran son damla oldu. Bir neçə ölkədən başqa heç kim cavab vermədi. Onlar dərhal İranın cavabını pisləmək üçün yarışa başladılar. Lakin ilk növbədə Netanyahunun özü qınanmalıdır".

captcha