IQNA

Almaniyada yeni böyük məscid tikiləcək

22:55 - October 15, 2019
Xəbər sayı: 3485963
Almaniya dövləti uzun müddət intizardan sonra bu ölkənin Karlsruhe şəhərində müsəlmanlar üçün yeni böyük məscidin tikintisinə icazə verib. Təkminarəli məscidin inşasına 2020-ci ildə başlanılacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya dövləti uzun müddət intizardan sonra bu ölkənin Karlsruhe şəhərində yeni böyük məscidin tikintisinə icazə verib.

Məscidin inşasına 2020-ci ildə başlanılacaq.  

Məscidin tikintisinin 2022-ci ildə yekunlaşdırılması planlaşdırılıb.  

Məscid 700 nəfər namazqılan tutumuna malik olacaq.

Təkminarəli məscidin tikintisi üçün 6 milyon avro nəzərdə tutulmuşdur.

Bu məscid Almaniyada yaşayan Türkiyəli müsəlmanların Türk İslam Birliyinin (DİTİB) təşəbbüsü ilə tikilir. Hansıki Almaniyanın 900 məscidi bu təşkilatın nəzarəti altında fəaliyyət göstərir.

Qeyd edək ki, məscidin tikintisinə uzun müddət icazə verilməmişdi. Çünki Almaniyanın Xristian Demokrat Birliyinin üzvləri məscidi həddindən artıq böyük hesab edir və belə bir məscidin tikilməsinə qarşı idilər. Bu məsələ bais oldu ki, Mulburgda tikiləcək məscidin layihəsi 2016-cı ildə qəbul edilməsin. DİTİB-in məsulları bundan sonra məscidi Karlsruhe şəhərində tikmək qərarına gəldilər. 2018-ci ildə bu barədə danışıqlara başlansa da məscidin tikintisinə icazə almaq üçün bir il gözləməli oldular. Almaniya dövləti məscidin layihəsində bəzi dəyişikliklər etməklə icazə veriblər. Məsələn, ayihəyə əsasən minarənin hündürlüyü 35 metr olmalı idisə, bunu 28 metrə salıblar.   

https://iqna.ir/fa/news/3850106

Teqlər: məscid ، almaniya ، iqna ، DİTİB
captcha