IQNA

Nigeriya dövləti Quran mədrəsələrini bir-birinin ardınca bağlayır

7:46 - October 21, 2019
Xəbər sayı: 3485996
Nigeriya polisi Quran mədrəsələrinə qarşı keçirdiyi dördüncü əməliyyatda bu ölkənin şimalında 150 nəfər şagirdin təhsil aldığı Quran mədrəsəsini bağlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya polisi Quran mədrəsələrinə qarşı keçirdiyi dördüncü əməliyyatda bu ölkənin şimalında 150 nəfər şagirdin təhsil aldığı Quran mədrəsəsini bağlayıb.

Nigeriyanın Ricasa rayonunda yerləşən bu Quran mədrəsəsinin bağlanmasına səbəb şagirdlərin keçmiş məktəbxanalarda olduğu kimi işkəncə edilməsi göstərilib.

Bu mədrəsənin də şagirdləri polis tərəfindən azad edilərək dövlət düşərgələrinə göndəriliblər. Düşərgəyə göndərilən 147 şagirdin 22 nəfəri qız uşağı olub. Bununla da dövlət düşərgəsində nəzarətə götürülən Quran mədrəsəsi şagirdlərinin sayə minə çatıb.  

Bu mədrəsəyə polis hücumunu Kaduna əyalətinin meri Nasir Rifai təşkil edib. Buna görə də ölkə prezidenti Məhəmməd Buharu cəmiyyət tərəfindən təzyiqə məruz qalıb.

Qeyd edək ki, Nigeriyanın müsəlmanlar yaşayan regionlarda "əl-Maciri" (mühacirlər) adlı Quran mədrəsələri fəaliyyət göstərir. Bu mədrəsələrdə müsəlman uşaqlarına Quran və dini dərslər öyrədilir.

https://iqna.ir/fa/news/3851017

captcha