IQNA

"İslami Cihad" komandanı Ayətullah Xamenei və Həsən Nəsrullaha təşəkkür etdi

6:50 - June 13, 2021
Xəbər sayı: 3490049
Fələstinli müqavimət düşərgəsinin komandiri bu bəyanatda Ayətullah Xameneinin, Seyid Nəsrullahın və general Qasim Süleymaninin Fələstin müqavimətini dəstəkləmək səylərini təqdir edib.

Fələstinin "İslami Cihad" hərəkatının hərbi qanadı olan "Sərayə əl-Qüds" qüvvələrinin komandanlarından biri İran İslam İnqilabı lideri Ayətullah Xamenei və Livanın "Hizbullah" hərəkatının rəhbəri Seyid Həsən Nəsrullaha təşəkkürünü bildirib.  

Komandan Ayətullah Xameneinin, Seyid Nəsrullahın və general Qasim Süleymaninin Fələstin müqavimətini dəstəkləmək səylərini təqdir edib.  

"Qasim" raketinin adının şəhid Süleymaninin adından götürüldüyünü bildirən "Sərayə əl-Qüds" üzvü şəhid Süleymaninin müqaviməti dəstəklədiyini və düşmənlə mübarizə üçün səylərini əsirgəmədiyini bildirib. /mehr

captcha