Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənablarının Həcc, Ümrə və Müqəddəs Məkanların Ziyarəti Məsələləri üzrə nümayəndəsi Höccətul-İslam vəl-Müslimin Seyid Əbdülfəttah Nəbəvi Səudiyyənin xarici ölkələrdən hacı qəbul etməməsi qərarını tənqid və məhkum edib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı ötən il olduğu kimi, bu il də Həcc ilə bağlı qərarını həvəssiz elan edib, halbuki Riyad digər ölkələrdən də hacıları məhdud şəkildə olsə belə qəbul edə bilərdi.
Səudiyyə Ərəbistanı İranla heç bir məsləhətləşmə aparmadan bu qərarı qəbul edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bu ilki Həcc ziyarəti zəvvarlarının limitinin 60 min nəfər olduğunu və yalnız Səudiyyə Ərəbistanı vətəndaşlarının və ölkədə yaşama izni olanların Həcc ziyarətinə qatıla biləcəyini bildirib. /Mehr