IQNA

Amerikalı müsəlman konqresmen sionist rejimini tənqid etdiyi üçün təzyiqlərə məruz qalır

12:06 - June 18, 2021
Xəbər sayı: 3490089
Sionist rejimi tənqid etdiyi üçün ABŞ Konqresinin müsəlman təmsilçisinə təzyiqlər davam edir və Nümayəndələr Palatasındakı Respublikaçıların lideri onun komitədən çıxarılmasına israr edir.

Sionist rejimi tənqid etdiyi üçün ABŞ Konqresinin müsəlman təmsilçisinə təzyiqlər davam edir.

Nümayəndələr Palatasındakı Respublikaçıların lideri, müsəlman konqresmen xanımın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən xaric edilməsində israr edir.

Minnesota ştatının nümayəndəsi İlhan Omar və ABŞ Nümayəndələr Palatasındakı Demokrat Partiyanın üzvü haqqında ittihamlar artdıqca, Kevin Makkartı onu "antisemit" adlandırıb.

İlhan Omarın keçən həftə Fələstinlə bağlı “Tvitter” mesajına istinad edərək, Demokratik Nümayəndələr Palatasının sədri Nensi Pelosini müsəlman deputatı Xarici Əlaqələr Komitəsindən xaric etməsinə çağırıb.

Məlumata əsasən, son günlərdə respublikaçı və demokrat liderlər HƏMAS, Taliban, ABŞ və sionist rejimlə bağlı müsəlman və Somali təmsilçilərinin “Tvitter” yazılarını qınayır.

İlhan Omar “Tvitter” səhifəsində "İnsanlığa qarşı cinayətlərin bütün qurbanları üçün eyni səviyyədə cavabdehlik və ədalətə sahib olmalıyıq”, - deyə yazıb.

O, həmçinin Blinkenə “insanlar ədalət üçün hara müraciət etməlidir” sualını ünvanlayıb. /deyerler.org

captcha