IQNA

Quranın tilavət tarixi və qarilərin həyat dastanı yazılacaq

8:12 - July 12, 2021
Xəbər sayı: 3490262
Misrli cavan qari Məhəmməd Zəki ölkəsinin və digər Ərəb ölkələrinin Qurani-Kərimin tilavəti barədə arxiv sənədlərini araşdırır və bu barədə "Tilavət diyarı" adlı bir kitab qələmə alacaq.

Misrli cavan qari Məhəmməd Zəki ölkəsinin və digər Ərəb ölkələrinin Qurani-Kərimin tilavəti barədə arxiv sənədlərini araşdırır və bu barədə "Tilavət diyarı" adlı bir kitab qələmə alacaq.

Müəllifin mediaya açıqlamasında bildirilir ki, kitabda Misr və digər Ərəb ölkələrinin məşhur qarilərinin tərcümeyi-halı yer alacaqdır.

Kitabda böyük Quran qarilərinin həyatı və tərcümeyi-halı şərh edəcək kitabda qarilərin uşaqlığı, cavanlıqlarındakı Quran fəaliyyətləri, məşhur çağları və sair məsələlər yer alacaq.

Qarilərin həyat dastanları, onların təsirləndikləri ustadları, onların yeni nəsillərə təvsiyələri kitabda yer alacaq digər məsələlərdir.

Müəllif bu məlumatları arxivə toplanmış yazılı materiallar, qədim videolar, televiziya və radio proqramları və mətbuatdan toplayır.  

Qeyd edək ki, kitabın müəllifi Quran qarisidir və o, Dr. Əhməd Mustafa Kamilin şagirdidir.  /iqna

 

 

captcha