IQNA

Pakistanda Quran və Hədis yarışları keçirilib

15:23 - July 14, 2021
Xəbər sayı: 3490287
Pakistanda "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam elmləri mərkəzinin təşəbbüsü və 80 Quran mərkəzi və dini mədrəsənin iştirakı ilə Quran və Hədis yarışlarının 13-cü turu keçirilib.

Pakistanda "Cameətul-Mustafa əl-Aləmiyyə" beynəlxalq İslam elmləri mərkəzinin təşəbbüsü ilə Quran və Hədis yarışlarının 13-cü turu keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Quran və Hədis yarışlarında ölkənin 80 Quran mərkəzi və dini mədrəsəsi iştirak edib.

Yazılı və şifahi keçirilən yarışlarda iştirak edənlər Qurani-Kərimin təfsiri, hifzi (3 cüz, 5 cüz, 15 cüz və bütün Quranın hifzi), tərtil və "təhqiq"lə qiraəti, Nəhcül-Bəlağənin hifzi və şərhi, Səhifeyi-Səccadiyyənin hifzi və şərhi ixstisasları üzrə yarışıblar.

Yarışların şifahi bölməsində 2696 nəfər və yazılı bölməsində 1500 nəfərdən çox Quran və hədis aktivisti iştirak edib.  

Ümumilikdə Quran və Hədis yarışlarının keçirilməsində Pakistanın 22 şəhərindən 30 Quran mərkəzi və 50 dini mədrəsə həmkarlıq edib.

Yarışların yekun mərasimi ötən gün, 13 İyul 2021-ci il, Pakistanın paytaxtı İslamabad şəhərində din alimlərinin iştirakı ilə keçirilib və qaliblər mükafatlandırılıb./ iqna

captcha