IQNA

Qazaxıstanda "Qari olmaq istəyirəm" adlı kitabın təqdimatı keçirilib

10:46 - July 27, 2021
Xəbər sayı: 3490377
Qazaxıstanlı İslamşünas, dini araşdırmaçı, Baykən məscidinin camaat imamı və Balapan Qari Mərkəzinin rəisi Malika Aytjanın qələmə aldığı "Qari olmaq istəyirəm" adlı kitabın təqdimat mərasimi keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanlı İslamşünas, dini araşdırmaçı, Baykən məscidinin camaat imamı və Balapan Qari Mərkəzinin rəisi Malika Aytjanın qələmə aldığı "Qari olmaq istəyirəm" adlı kitabın təqdimat mərasimi keçirilib.

Mərasimdə Qazaxıstanın Dini İdarəsinin Dini Araşdırma İşləri üzrə müavini Nurbek Asmaganbat, Almatı şəhərinin baş müftisi Tələbəy Aspan, "Nur Mübarək İslami Mədəniyyət Universiteti"nin rəis müavini Qayrat Qurmanbayov, Almatının Tələbəy məscidinin baş imamı Arsin Amra və Nur Mübarək universitetinin müəllimləri iştirak ediblər.

"Qari olmaq istəyirəm" kitabında Quranı öyrənmək, hifz etmək və gözəl qiraət etmək istəyənlər üçün və həmçinin Quranı öyrətmək istəyənlər üçün öyrənmək və öyrətmək metodları göstərilmişdir. Həmçinin kitabda Qurani-Kərimin nazil olduğu zamandan bu günədək qiraət xüsusiyyətlərinə toxunulmuşdur. / iqna

captcha