İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın müxtəlif vilayətlərində 25-ci “əl-Mustafa” Quran festivalı keçirilir.
Dehlinin “Nurul-Mustafa” Quran və Hədis mərkəzinin məsulunun bu barədə İQNA-ya verdiyi məlumata əsasən, “əl-Mustafa” Quran festvilaı yarışları “əl-Mustafa Beynəlxalq İslam Akademiyası”nın müxtəlif əyalətlərdəki şöbələrinin tələbələri arasında keçirilir.
Festivalın ilkin mərhələsi cari ayın əvvələrindən başlayıb və indiyədək Hindistanın 10 əyalətində yerləşən 53 Darul-Quran, mədrəsə və Quran mərkəzində keçirilib.
Qadın və kişilərin qatıldığı bu Quran festivalında 1741 nəfər tələbə və şagird iştirak edib. Festivalda iştirak edənlərin 1032 nəfərini xanımlar təşkil edib.
Onlar Quranın hifzi, qiraəti, təfsiri, həmçinin hədis elmləri və Nəhcül-Bəlağənin məfhumları ixtisasları üzrə bir-biri ilə rəqabət aparırlar.
https://iqna.ir/fa/news/3866940