IQNA

Vəhdət ilahi bir vəzifədir, siyasi məsləhət deyil

9:31 - November 16, 2021
Xəbər sayı: 3491204
Londondakı İnsan Haqları İslam Assosiasiyasının rəhbəri deyib: "Vəhdət məsələsi Qurani-Kərimdə açıq şəkildə bildirilmiş ilahi bir əmrdir. Müsəlmanlar bu əmrə əməl etməlidirlər. Vəhdət siyasi məsləhət deyil, dini bir öhdəlikdir."

Londondakı İnsan Haqları İslam Dərnəyinin prezidenti Məsud Şəcərə "İQNA"-ya verdiyi müsahibədə müsəlmanlar arasında birliyin zəruriliyi haqqında deyib: "Həqiqət budur ki, İslamda vəhdət məsələsi, önəmsiz bir məsələ və ya təklif deyil. Allahın əmridir."

O, qeyd edib ki, Allah "Ali-İmran" surəsinin 103-cü ayəsində buyurur: "Allahın ipindən möhkəm yapışın və dağılmayın." Bu, bir əmrdir.

Bu müsəlman fəal, sözünü belə davam etdirib: Digər mühüm məqam da budur ki, Uca Allah bu ayənin davamında bizə xatırladır: "Allahın sizə verdiyi nemətləri xatırlayın ki, bir-birinizə düşmən idiniz. Beləliklə, sizin qəlblərinizə bir məhəbbət saldı ki, onun sayəsində qardaş olasınız."

O, bildirib ki, buna görə də Qurana əsasən, vəhdət siyasi məsləhət deyil. Əksinə, möminlərin qəlbinə aid bir məsələdir ki, onun sayəsində möminlər qardaş olurlar. Bir-birlərinin dərd və ehtiyaclarını anlayırlar. Onlar, buna görə də, bir-birlərinə hörmət edirlər. Onlar, özlərini və sevdiklərini qoruduğu kimi, digər müsəlmanlara da dəstək olurlar.

Məsud Şəcərə deyib ki,təfriqəni təbliğ edənlər, İslamın, müsəlmanların və ədalətin düşmənləridirlər. Onlar, bunu yaxşı bilirlər. Müsəlmanlar arasında birlik faktoru, çoxlu əhalisi və ixtiyarında olan nəhəng resurslara görə düşmənlər üçün təhlükədir. Buna görə də müsəlmanları zəiflətmək üçün onları parçalamağa çalışırlar.

O, "İQNA Quran Xəbər Agentliyinin" fəaliyyətinə toxunaraq, belə deyib: "İQNA-nın maraqlı təşəbbüs olduğuna inanıram. Çünki bu, Qurana əsaslanan bir media vasitəsidir ki, Qurandan ilhamlanır. Buna görə də o, Quran mənəviyyatının köməyi ilə İslam cəmiyyətinin və onun hüdudlarından kənarda olan ehtiyac və tələblərə cavab verə bilər. Hesab edirəm ki, bu xəbər agentliyi çox uğurlu olub. Allahdan İQNA-nın yolunu davam etdirməsini diləyirəm. Mən də Uca Allahdan istəyirəm ki, ümmətin mömin və mərhəmətli insanlarının yalnız öz mənafeyini düşünən, eqoist və uzaqı görə bilməyən insanların yerini tutmalarına zəmin yarada bilək."

4013058

captcha