"İQNA", xəbər verir ki, İngiltərə İslam Mərkəzinin rəhbəri Seyyid Haşim Musəvi İmam Xomeyninin (rəh) fiqhi düşüncəsi və onun müasirliyi və müasir təfəkkürü haqqında danışıb. Bu danışığın mətnini aşağıda oxuya bilərsiniz:
Yaradıcılıq və yenilikçilik Uca Allahın bariz xüsusiyyətləridir. Ondan sonra ilahi peyğəmbərlər bəşər həyatının ilk yaradıcılıq edən yəxsiyyətləridir. İndi, indiki dövrdə yeni və meydana çıxan hadisələr arasında İmam Xomeyninin (rəh) rəhbərlik etdiyi İran İslam İnqilabı və İslam fiqhinin təlimlərinə əsaslanan dini hökumətin formalaşması bir çox dünya mütəfəkkirləri və hökmdarlarına meydan oxuyan ən böyük bəşəri yeniliklərdən biridir.
İmam Xomeyni (rəh) dini idarəçilik nəzəriyyəsi ilə dini fərdi həyat çərçivəsindən çıxarıb, insanların ictimai həyatına daxil etmişdir. İslamın bir çox hökmləri siyasi və ictimai xidmətlərin mənbəyidir. İslam ibadələri siyasi və sosial ideoloji əsasların bir hissəsidir. Məsələn, camaat namazları, yürüşlər, həcc və cümə namazları mənəvi-əxlaqi təsirləri ilə yanaşı, həm də siyasi və ictimai cəhətə malikdir.
Allaha möhkəm iman sahibi olmaq və ölkəni dünya güclərindən asılılıqdan çıxarmağa çalışmaq İmam Xomeyninin (rəh) xüsusiyyətlərindəndir. Hər cür asılılıqlara, o cümlədən siyasi, iqtisadi, mədəni, eləcə də üsullarda asılılığa qarşı çıxmaq İmamın (rəh) İslam İnqilabından qabaqdan ömrünün sonuna qədər və hətta vəsiyyəsində də vurğulanan siyasi düşüncəsinin mühüm elementi idi.
İmam Xomeyninin (rəh) fikrincə, mədəni bağlılıq bütün digər bağlılıqlardan daha təhlükəlidir və İslam cəmiyyətləri üçün daha zərərlidir. Həmçinin İmamın (rəh) siyasi asılılığa qarşı çıxmasının təzahürü məşhur "istiqlal, azadlıq, İslam Cümhuriyyəti" şüarı və "nə Şərq, nə Qərb" siyasətidir.
"Nə şərq, nə də qərb" siyasəti islami və Qurani mahiyyətinə görə İran hüdudlarını aşdı. Bu, İslam dünyasının və müsəlmanların, hətta dünyanın məzlumlarının böyük bir hissəsinin diqqətini cəlb elədi. İmam Xomeyni (rəh) həmişə xatırladırdı ki, biz həmişə agah və ayıq olmalıyıq ki, müstəmləkəçilərin ölkələri hər cür asılılığa yönəltmək üçün yeni cəhdləri təsirli olmasın.
3975662