IQNA

İmam Xomeyni (rəh) Qədr və Tövhid surələrini təfsir edib

11:11 - June 06, 2022
Xəbər sayı: 3492355
İmam Xomeyni bir ölkənin siyasi quruluşunu dəyişdirməyi bacaran inqilabçı və siyasi xadim kimi tanınır. Amma ondan qalan əsərlər göstərir ki, Quranın təfsiri sahəsində onun görkəmli və sanballı əsərləri var, hətta onun inqilabi və siyasi hərəkatları da Qurandan qaynaqlanır.

"İQNA"-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam Dinlərinin Yaxınlaşdırılması Dərnəyinin mədəniyyət və araşdırmalar üzrə müavini Əli Əsğər Əvhədi İmam Xomeyninin (rəh) Qurani-Kərimin təfsirindəki fəaliyyətləri haqqında deyib:

İmam Xomeyni (rəh) İran İslam İnqilabının qələbəsinin ilk illərində Qurani-Kərimi təfsir etmiş və bu işə "Həmd surəsi"ndən başlamışdır. Amma İmamın təfsir dərsləri nədənsə 5 dərsdən çox çəkməyib. İmamdan "Həmd" surəsinin təfsiri kimi nəşr olunanlar həmin 5 dərsində deyilən məsələlərdir.

İmam "Sirrus-Salat" kitabında "Həmd" və "Tövhid" surələrini qısa şəkildə təfsir etmişdir. Həmçinin "Adabus-Salat" kitabında "Həmd", "Tövhid" və "Qədr" surələrini ətraflı şəkildə təfsir etmişdir. O, "Adabus-Salat" kitabını elə yazıb ki, hamıya faydalı olsun. Amma "Həmd" surəsinin təfsiri irfani və fəlsəfi terminlərə malikdir və xas auditoriya üçün deyilmişdir.

Quranın təhrif olmaması

İmam Xomeyni (rəh) Quranın təhrif olmadığını vurğulayıb. O, vəhyin həqiqəti haqqında belə demişdir: "Bu, ilahi maarifin incəliklərindən və dinin həqiqətlərinin sirlərindəndir ki, çox az adam onun elmi cəhətini bilə bilər. Birinci şəxs Həzrət Peyğəmbərdir (s), ondan sonra başqa övliyalar və alimlər var. "Kəşf" yolu ilə bu ilahi incəliklərdən başqa heç kəs xəbərdar ola bilməz...".

İmam Xomeyninin (rəh) sözlərindən belə çıxır ki, vəhy maddi məsələ deyil. İmam Xomeyni vəhyin həqiqətini bizim üçün anlaşılmaz bir şey kimi bilirdi. Çünki vəhy sirlər və həqiqətlərdir və insan o mənanın bir zərrəsini dərk etmək üçün bu maddi dünyadan ayrılmalıdır. Bu, bir çox müasir alimlərin dediyi bir şeydir.

İmam (rəh) bir zaman İslam hökuməti qurmaq istəyirdi. O, Qurani və İslam cəmiyyətini həyata keçirib, ilahi sistemin yaradılmasına zəmin yarada bildi. Bu hökumət Quran maarifinə və təlimlərinə əsaslanır. Həqiqətdə İmamın təqdim etdiyi siyasi sistem İslamdan götürülüb.

3362628

 

captcha