IQNA

"Quran və Əhli-beyt işığında İslam birliyi" adlı seminar keçirilib

18:35 - July 18, 2022
Xəbər sayı: 3492572
Ali Məqamlı Rəhbərin Həccdəki Besəsinin beynəlxalq müavinliyi müxtəlif İslam ölkələrindən bir qrup ekspertlərin iştirakı ilə "Quran və Əhli-beyt işığında İslam birliyi" adlı seminar təşkil edib.

"İQNA", xəbər verir ki, Ali Məqamlı Rəhbərin Həccdəki Besəsinin beynəlxalq müavinliyi tərəfindən 17 iyulda "Quran və Əhli-beyt işığında İslam birliyi" adlı seminar keçirilib.

Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayan bu vebinarda universitet ustadı və vebinarın aparıcısı Dr. Mustafa Abbasi Müqəddəm deyib: "İmamlardan (ə) öyrəndiyimiz təlimlərin hamısı müsəlmanlar arasında vəhdət və birliyi vurğulayır və ixtilafları bir kənara qoymağı bizdən istəyir. Bu, İslam və Qurani bir prinsipdir. Onun zəruriliyi bir neçə ayədə bəhs edilmişdir".

O, bildirib ki, buna görə də biz inanırıq ki, birlik Quran və Peyğəmbərin (s) Əhli-beytinə əsaslanmalıdır. Bu, bir çox hədis alimlərinin rəvayət etdiyi "Səqəleyn" hədisində də qeyd olunan mövzudur. Bu hədisdə Peyğəmbərin aramızda iki şey qoyduğu vurğulanır. Biri Quran və digəri Əhli-beytdir. Quran nizamnamə və konstitusiya kimidir və Əhli-beyt isə ona əməl olunması lazım olan bir nümunədir. "Səqəleynin" vurğuladığı ən mühüm məsələlərdən biri də bu vebinarda müzakirə olunacaq İslam birliyidir.

4071598

 

captcha