IQNA

Təfriqənin mənbəyini aradan qaldıraq və ya müalicə edək

20:19 - October 11, 2022
Xəbər sayı: 3493062
Muhəmməd (s) Birliyi Alimlər Şurasının sədri vurğulayıb ki, biz ayrılıq və təfriqə mənbəyini yox etməli və ya müalicə etməliyik. Elmi və mədəni qurumlar vasitəsilə ortaq məsələlərə çata və birliyi möhkəmləndirə bilərik.

"İQNA", İslam Məzhəbləri Assosiasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, otuz altıncı İslami Vəhdət Konfransının altıncı vebinarında Məhəmmədi (s) Birliyi Alimlər Şurasının sədri Əbdül-Qadir Behcət Alusi deyib: "Quran Allahın bizim qurtuluşumuz üçün göndərdiyi bir proqramdır. Buna görə də biz bu birliyi qoruyub saxlamalı və ona qayıtmalıyıq. Gəlin ixtilaf və təfriqə səbəblərini müəyyən edib minimuma endirək və hamımız ilahi ipdən möhkəm yapışaq".

Məhəmmədi (s) Birliyi Alimlər Şurasının sədri xatırladıb ki, tövhid və Quran bizim heç bir ixtilafımız olmayan məsələlərdir. Quranın Allahla bizim aramızda vasitə olmasında, Həzrət Peyğəmbər (s) barəsində, Əhli-beyt (ə) məsələsində və Peyğəmbərin (s) pak ailəsi məsələsində həmfikirik.

O, bildirib ki, Allahın ipi və ilahi ip Allahın istədiyinə nail olmaq üçün simvolik ifadədir. Ortaq məsələlərə elm və mədəniyyət müəssisələri vasitəsilə nail olmaq olar. Həmçinin onu hamımızın tutmalı olduğumuz ilahi bir ip kimi təqdim etmək olar.

Alusi qeyd edib ki, təfriqə mənbəyi olan hər şeyin kökü kəsilməli və ya müalicə edilməlidir. Bu gün İslam ümmətinin üzvləri bu müqəddəs və böyük birliyə ehtiyac duyurlar ki, bu da əslində möminlərin və İslam ümmətinin izzətidir.

O əlavə edib ki, bu gün ümmətin birlik yolunda addım atanlara ehtiyacı var. İslam ümmətinin vahid ölkə kimi inteqrasiya olunmuş siyasət və iqtisadiyyata, eyni zamanda ortaq mədəniyyət və məfhumlara ehtiyacı var. Xarici problemlərlə üzləşmək üçün bu ümmətə həmçinin nümunə lazımdır.

4090952

captcha