IQNA

İran, İslam İnqilabının qələbəsinin 44-cü ildönümünü qeyd edir

12:33 - February 11, 2023
Xəbər sayı: 3493686
Bu gün mərhum İmam Xomeyninin rəhbərliyi ilə 22 Bəhmən (11 fevral) İslam İnqilabının qələbəsinin 44-cü ildönümüdür.

1979-cu il fevralın 11-də baş tutan İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ilə əlaqədar İranın hər yerində müxtəlif tədbirlər və yürüşlər keçiriləcək.

Hər il İranda İmam Xomeyninin Parisdən qayıtdığı tarixi olan fevralın 1-dən inqilabın elan olunduğu fevralın 11-nə qədər olan 10 gün ərzində müxtəlif bayram tədbirləri keçirilir. İnqilab şənlikləri fevralın 11-də paytaxt Tehranda və ölkənin digər şəhərlərində izdihamlı mərasimlərlə keçirilir.

Qələbəni qeyd etmək üçün Tehranda hazırlıqlar bir neçə gün əvvəl başlayıb. Şəhərin dörd bir tərəfi, əsas küçə və meydanları bəzədilib. Tehran İran bayraqları, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei, Şəhid Qasım Süleymani və İmam Xomeyninin (r.ə) plakatları ilə bəzədilib.

Tehran İslami Bildiriş Qurumunun Koordinasiya Şurasının sədri Höccətül-İslam Məhəmməd Hüseyn Musapur İslam İnqilabının fəaliyyətləri ilə bağlı verdiyi son açıqlamasında belə deyib:  “İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ilə əlaqədar şənbə günü ölkənin 1400 şəhərində və 38 min kəndində yürüşlər keçiriləcək”.

 

Tehranda keçiriləcək mərasimdə İran prezidenti İbrahim Rəisi çıxış edəcək.

captcha