IQNA

Barselona bələdiyyəsi Təl-Əvivlə əlaqələrini kəsib

13:01 - November 25, 2023
Xəbər sayı: 3495034
MADRID (İQNA) - İspaniyanın Barselona bələdiyyəsi Tel-Əviv rejimi ilə institusional əlaqələri dayandırdığını açıqlayıb.

İspaniyanın Barselona bələdiyyəsi Qəzza zolağında daimi atəşkəs əldə olunana və Fələstin xalqının əsas hüquqları BMT-nin qətnamələri ilə təmin olunana qədər İsraillə institusional əlaqələri dayandırdığını açıqlayıb.

Bundan əvvəl Sosialist İşçi Partiyasının lideri və hazırkı baş nazir Pedro Sançes demişdi ki, yeni azlıq sol koalisiya hökumətinin prioriteti Fələstin dövlətini tanımağa çalışmaq olacaq.

captcha