IQNA

Cənubi Afrikadan Qəzzaya yardım çağırışı

3:27 - March 27, 2024
Xəbər sayı: 3495694
İQNA - Cənubi Afrika Xarici İşlər Nazirliyi Qəzza zolağında fövqəladə atəşkəs qərarının qəbul edilməsindən məmnun olduğunu bildirib və Qəzzaya geniş miqyaslı humanitar yardımların çatdırılması qarşısındakı bütün maneələrin aradan qaldırılmasına çağırıb.

Cənubi Afrika Respublikası Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyinin internet saytında dərc edilən yazılı açıqlamada nazir Naledi Pandorun Qəzzada fövqəladə atəşkəs qətnaməsinin BMT tərəfindən qəbul edilməsini alqışladığı açıqlanıb.

Bəyanatda həmçinin "Artıq tərəflərin bu məcburi qərara əməl etməsini təmin etmək BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Geniş miqyaslı humanitar yardımın çatdırılması qarşısındakı bütün maneələrin aradan qaldırılması tələblərinin yerinə yetirilməsi həyati əhəmiyyət kəsb edir" deyildi.

captcha