IQNA

Qəzza müharibəsindən sonra Almaniyada islamafobiya ikiqat artıb

4:16 - April 19, 2024
Xəbər sayı: 3495806
İQNA – Almaniyada dərc olunan xəbərlərə əsasən, işğal olunmuş bölgələrdə baş verən hadisələr və sionist rejimin Qəzzəyə qarşı müharibəsinin təsiri nəticəsində bu ölkədə qeydə alınan islamofobiya halları ikiqat artıb.

"İQNA", Suriya televiziyası internet saytının xəbərinə istinadən xəbər verir ki, Almaniya hesabatında ötən il ölkədə İslam əleyhinə cinayətlərin sayının iki dəfə artdığını və bu artımın İsrailin Qəzzada apardığı müharibə ilə əlaqəli olduğunu bildirilib.

Hesabata görə, 2024-cü ilin birinci rübündə polis ölkə üzrə islamofobiya ilə bağlı 137 cinayət hadisəsi barədə məlumat verib.

Almaniya xəbər agentliyi müsəlmanlara qarşı nifrət cinayətlərinin nəzərəçarpacaq dərəcədə artmasının İsrailin Qəzzada apardığı müharibə ilə əlaqəli olduğunu bildirərək, Almaniya hökumətinin oktyabrın 7-dən etibarən müsəlmanlara qarşı irqçiliyin artması ilə bağlı narahatlığını dəfələrlə dilə gətirdiyini qeyd edib.

Xəbər agentliyi Almaniya hökumətinin sözçüsü Stephan Hebstreit-ə istinadla bildirib ki, Almaniyada müsəlmanlara qarşı dini və ya digər səbəblərə görə hər hansı hücum qətiyyən qəbuledilməzdir.

Mərkəzi ofisi Berlində olan qeyri-hökumət təşkilatı olan İslamofobiya və müsəlman nifrətinə qarşı koalisiyanın rəhbəri Rima Hanano çıxışında Almaniyada müsəlmanlara qarşı irqçiliyin artdığını və bunun hər kəsi narahat edən bir məsələ olduğunu və ciddiyə alınmalı olduğunu bildiri .

Bundan əlavə, Hanano dedi: "Biz qeyri-insani şərtlərin daha da normallaşmasına və nəticədə sosial birliyi təhlükəyə atmasına icazə verməməliyik."

Almaniya Qərbi Avropada Fransadan sonra ikinci ən böyük müsəlman icmasına malik ölkədir. Almaniyada 84 milyondan çox əhalinin təxminən 5,3 milyonu müsəlmandır.

4210827

captcha