“Əl-Bəyan” saytının xəbərinə görə, Orta Şərqdə gərginlik getdikcə artdığı bir vaxtda sionist rejim yeni bir qalmaqalla gündəmə gəlib. Təl-Əviv İrana qarşı apardığı müharibədə maliyyə vəsaiti tapmaq üçün Fars Körfəzi və Avropa ölkələrindən maliyyə yardımı tələb edib. Bu tələb bilavasitə İsrailin faşist maliyyə naziri Bəsələl Smotriç tərəfindən irəli sürülüb.
Bu təşəbbüs BƏƏ daxilindən sərt tənqid alıb. Ölkə prezidenti Məhəmməd bin Zayid Əl-Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş bazar ertəsi “X” platformasında etdiyi açıqlamada İsrailin bu tələbini “cürrətkarlıq” adlandırıb. Qarqaş bu istəyi “əxlaqi iflasın zirvəsi” kimi qiymətləndirib və bütün tərəfləri diplomatik həll yoluna çağırıb.
Sonda o əlavə edib ki, bu kimi planlar artan gərginliyin nəticələrini anlamayan bir ifratçının əxlaqi iflasından başqa bir şey deyil.
4290338