Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları İyul ayının 8-dən öz işinə başlayıb.
Yarışda dünyanın 33 ölkəsindən, o cümlədən Misr, Pakistan, İraq, İran, Livan, Yəmən, Əfqanıstan və sair ölkələrdən 250 nəfər Quran qarisi iştirak edir.
"Ulul-Qibləteyin" adı ilə virtual keçirilən bu yarışların ilk mərhələsinin nəticələri ötən gün, həftənin Bazar günü, 11 İyul 2021-ci il, açıqlanıb.
Müsabiqə iştirakçılarının çoxluğu müsəlman cavanların Əqs məscidinin və Fələstinin mənfur düşmənin işğaldan azad edilməsinə olan rəğbətindən doğur. Çünki yarışın "Ulul-Qibləteyin" (iki qiblə sahibi: Əqsa və Kəbə) adlanmasının müsəlman dünyasına xüsusi vəhdət mesajı vardır.
Qeyd edək ki, Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü ilə keçirilən bu yarış "əs-Sirat" beynəlxalq peyk tv kanalı ilə yayımlanır. /iqna